Artsax parlamentinin fraksiyaları Artsax Respublikasının Müstəqillik Referendumu, Əsas İnsan Hüquqları və Konstitusiya Günü münasibətilə bəyanat yayıblar.
Bəyanatda qeyd olunub ki, 1991-ci il dekabrın 10-da Beynəlxalq hüquq normalarını rəhbər tutaraq, Artsax xalqı ümumxalq referendumunda artıq elan edilmiş Dağlıq Qarabağ (Artsax) Respublikasına yüksək səslə "hə" dedi və Artsax erməniləri 30 il ərzində xalqın iradəsinin ifadəsi olaraq öz vətənlərində ümumbəşəri dəyərlərlə yaşayan suveren, hüquqi və sosial dövlət yaratdı.
Bildirilir ki, Azərbaycandan daimi təhdidlər və düşmənçilik şəraitində Artsax Respublikasının addımları regionda sülhün və sabitliyin qorunmasına yönəlib.
Qeyd olunur ki, Azərbaycan öz öhdəliklərini pozaraq, 2020-ci il sentyabrın 27-də Türkiyə və beynəlxalq terror təşkilatlarının iştirakı ilə Artsax Respublikasına qarşı genişmiqyaslı hərbi əməliyyata başladı, bu əməliyyatda minlərlə soydaşımız həlak oldu, respublika ərazisinin böyük hissəsi işğal edildi, maddi və milli mədəni irs məhv edildi.
Bəyanatda deyilir ki, Artsax Respublikasının xalqı üçün dövlətin beynəlxalq səviyyədə tanınması, işğal olunmuş ərazilərin azad edilməsi, köçkün əhalinin qaytarılması, hərbi əsirlərin, girovların qeyd-şərtsiz azad edilməsi, erməni milli mədəni irsinin qorunması məsələləri prioritet olaraq qalır.
“ATƏT MQ həmsədr ölkələrini Artsax ermənilərinin azad yaşamaq hüququnu icra etmək üçün addımlar atmağa çağırırıq”,-bəyanatda vurğulanır.