TASS xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini Rüstəm Muradov bəyan edib ki, müharibə nəticəsində Azərbaycanda saxlanılan erməni əsirlərin geri qaytarılması ilə bağlı müsbət anlaşma var.
“Hazırda Azərbaycan tərəfinin bütün hərbçiləri geri qaytarılıb, erməni hərbi əsirlərin qaytarılması istiqamətində işlər davam edir, müsbət gəlişmə, anlaşma var. Düşünürəm ki, bu məsələ tamamilə bağlanmalıdır. Və Rusiya sülhməramlıları işi başa çatdıracaqlar”, - deyə Muradov bildirib.
“Mən bir hərbçi kimi anlayıram ki, müharibə əsirləri kimlərdir, necə hiss edirlər. Bakıya ilk uçuşu xatırlayıram, və qayıdanda əsirləri gördüm. Təyyarə Yerevanın “Erebuni” hava limanına enərkən onların göz yaşlarını gördüm. Onlar evə qayıtdıqlarına inanmayıblar", - deyə Muradov bildirib.