Dekabrın 9-da ER parlamentinin prezidenti Alen Simonyan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş katibi Caqan Çapaqanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
Alen Simonyan qeyd edib ki, nümayəndə heyəti Ermənistana çox çətin bir zamanda, Azərbaycanın Türkiyə və muzdluların köməyi ilə başlatdığı 44 günlük müharibənin nəticələrindən hələ də əziyyət çəkdiyimiz bir vaxtda gəlib, həllini tapmayan çoxlu məsələlər var.
Həmsöhbətlər 44 günlük müharibənin humanitar məsələlərinə toxunaraq, onları həll etmək üçün Federasiyanın mandatına əhəmiyyət veriblər. Alen Simonyan hərbi əsirlərin və girovların repatriasiyasında Beynəlxalq Qızıl Xaç Komitəsinin əsas rolunu qeyd edib.