ER Müdafiə Nazirliyi bildirdi ki, dekabrın 8-də axşam saatlarında Azərbaycan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin şərq hissəsində yerləşən döyüş mövqelərimizi müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub. Erməni tərəfdən zərərçəkən yoxdur
Ermənistan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyini vəziyyəti gərginləşdirməyə yönəlmiş təxribat xarakterli hərəkətlərdən çəkinməyə çağırır.