Son sutka ərzində Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı 1 315 yeni hal aşkar edilib, 1850 xəstə sağalıb, 19 nəfər vəfat edib. Bu barədə dekabrın 9-da Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib.
Ümumilikdə, pandemiya başlayandan Azərbaycanda 601 028 nəfər yoluxub, o cümlədən 571 088 nəfər müalicə olunub, 8038 nəfər vəfat edib, 21 902 aktiv xəstənin müalicəsi davam edir.