Bu il Avropa ölkələrindən Azərbaycana readmissiya olunan şəxslərin sayı açıqlanıb.
Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu il ərzində 389 şəxs ölkəyə readmissiya olunub.
O qeyd edib ki, həmin şəxslər “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” çərçivəsində ölkəyə qaytarılıb.