Dekabrın 7-də Beynəlxalq Ədalət Məhkəməsi (BMT-nin əsas məhkəmə orqanı) iki iş üzrə: “Ermənistan Azərbaycana qarşı” və “Azərbaycan Ermənistana qarşı”, müvəqqəti tədbirlər haqqında qərar çıxarıb.
BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycandan ermənilərə qarşı irqi ədavəti dayandırmağı tələb edib.
“Azərbaycan ötən il qonşu Ermənistanla arasında baş vermiş müharibə zamanı əsir götürdüyü bütün məhbusları müdafiə etməyi, məmurlar və dövlət qurumları tərəfindən ermənilərə qarşı irqi nifrət və ayrı-seçkiliyin qarşısını almağı və erməni mədəni irsinə qarşı vandalizmi cəzalandırmağı tapşırır,” məlumatda deyilir.
Məhkəmə, həmçinin hər iki tərəfə “mübahisədə məhkəməni ağırlaşdıracaq, uzadacaq və ya onun həllini çətinləşdirən hər hansı hərəkətdən çəkinməyi” tapşırıb.