Ermənistan-Azərbaycan sərhədində vəziyyət nisbətən sabitləşsə də, gərginlik qalmaqdadır. Bunu Sputnik-ə müsahibəsində KTMT baş katibinin müavini Valeri Semerikov deyib.
“Gərginlik ilk növbədə sərhədlərin tənzimlənməməsi, hərbi əsirlərin dəyişdirilməsi prosesinin yarımçıq qalması ilə şərtlənir. Dövlət başçılarının imzaladığı üçtərəfli bəyanatda qeyd olunan məsələlər həll yollarını tələb edir”, - Semerikov bildirib.