Diyarbekirin Sur vikayətindəki erməni kilsəsinin bərpa işləri başa çatıb. Kilsədə illər sonra liturgiya səslənib.
Bunu “Doğan” informasiya agentliyi bildirdi.
Baş yepiskop Levon Zekiyan bildirib ki, bərpa olunmasından sonra kilsə 10 il müddətinə təhsil və mədəniyyət məqsədi ilə Diclə Universitetinə verilib, ama bir şərtlər ki, Erməni icmasının orada dini mərasimlər keçirmək hüququ var.
17-ci əsrin sonlarında tikilmiş Müqəddəs Hovsep Erməni Katolik Kilsəsi 2015-ci ildə Diyarbekirdə baş vermiş türk-kürd toqquşması nəticəsində ciddi ziyan görüb.