“Ermenihaber” xəbər verir ki, ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyası Türkiyəni dini azlıqlara qarşı düşmənçilik mühiti yaratmaqda ittiham edərək hesabat yayıb.
Hesabatda vurğulanır ki, Türkiyə hökuməti ölkədəki “müsəlman” və qeyri-müsəlman dini azlıqlara qarşı nifrət nitqinə və zorakılıq aktlarına dözür. Müəlliflərin fikrincə, Türkiyədə erməni icmasını qorxutmaq üçün yeni üsullar ortaya çıxıb.
Sənəddə Türkiyədə erməni dini irsinin təhlükə altında olduğu bildirilir. Türkiyə hökuməti 2013-cü ildən dini azlıq fondlarının rəhbər orqanlarının üzvlərinin seçilməsinə mane olur.