Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri Dağlıq Qarabağda ərazilərin minadan təmizlənmə işlərini davam etdirilər. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yaydı.
"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağın Martakerst rayonunda kənd təsərrüfatı torpaqlarının minalardan təmizlənməsi üzrə işlərə başlayıb. Aparılan əməliyyatlar çərçivəsində 1.5 hektar ərazi təmizlənib. 2 partlayıcı maddə aşkarlanıb",- deyə qeyd olunub”,-deyə Rusiya sülhməramlıların nümayəndəsi Pyotr Parşikob qeyd etdi.
2020-ci ilin noyabrın 23-dən bəri Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda mühəndis bölmələrinin apardığı əməliyyatlar çərçivəsində 2 322,1 hektar ərazi, təxminən 683 kilometr yol, 1 937 yaşayış binası təmizlənib. Ümumilikdə 26 078 çox partlayıcı maddə aşkarlanıb