Rusiya Federasiyası prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Kremlin mətbuat xidməti xəbər verir ki, Türkiyə Prezidentinin Türkiyə prezidentinin xahişi ilə Vladimir Putin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə Qarabağla bağlı bəyanatın imzalanmasının ildönümünə həsr olunmuş üçtərəfli görüşünün əsas nəticələri barədə məlumat verib.
Danışıqlar zamanı qeyd edilib ki, Yerevan və Bakının regionda sabitliyin təmin edilməsi kontekstində qarşılıqlı fəaliyyətə, habelə iki dövlət arasında sərhədin delimitasiyası və demarkasiyası mexanizmlərinin yaradılmasına hazırlığının təsdiqlənməsi vacibdir.
Bundan əlavə, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı praktiki məsələlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.