İsveçin paytaxtı Stokholmda ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.
Görüş ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin iclası çərçivəsində baş tutub.
Dövlət Departamentinin bəyanatında deyilir ki, tərəflər Qafqazdakı vəziyyəti müzakirə ediblər və dövlət katibi Ermənistan və Azərbaycan hökumətləri arasında birbaşa dialoqun bərpasını alqışlayıb.