ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin – Rusiya, ABŞ və Fransanın xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bəyanat qəbul ediblər.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki vasitəçiliyi ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələr tərəfindən müsbət qarşılanır.
“ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ölkələr kimi Rusiya, ABŞ və Fransanın nazirləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bəyanat qəbul ediblər”.
Nazir əlavə edib ki, Rusiya ATƏT Nazirlər Şurasının cari sessiyasının daha zəngin nəticələrini, o cümlədən 10 ildən artıqdır qəbul olunmayan siyasi bəyannaməni görmək istərdi.