Dekabrın 2-də ATƏT-in 28-ci Nazirlər Konfransında iştirak etmək üçün Stokholmda səfərdə olan ER XİN başçısı Ararat Mirzoyan Hollandiyanın xarici işlər naziri Ben Knapen ilə görüşüb.
Ararat Mirzoyan mayın 12-də Azərbaycan silahlı qüvvələrinin Ermənistan Respublikasının suveren ərazisinə son təcavüzü nəticəsində yaranmış vəziyyəti niderlandlı həmkarına təqdim edib.
Azərbaycanın Artsaxa qarşı törətdiyi təcavüzün nəticəsində yaranmış humanitar problemlərin həlli kontekstində Azərbaycanda əsirlikdə olan erməni hərbi əsirlərin, girovların və digər məhbusların qeyd-şərtsiz vətənə qaytarılmasının vacibliyini vurğulandı.
Azərbaycanın nəzarətinə keçən Artsax ərazilərində erməni tarixi-mədəni irsinin qorunub saxlanması məsələsi də müzakirə olunub.
Nazir Mirzoyan Hollandiya tərəfinə Azərbaycanın Artsaxa qarşı törətdiyi təcavüz zamanı Hollandiya parlamentinin prinsipial mövqeyinə görə təşəkkür edib.
Tərəflər Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı altında sülh danışıqları yolu ilə hətərəfli nizamlanmasına əhəmiyyət veriblər.