Dekabrın 2-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyanın iştirakı ilə ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclası keçirilib.
Mirzoyan öz çıxışında qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ xalqına qarşı başladığı müharibədən və noyabrın 9-da üçtərəfli bəyanatın imzalanmasından bir il sonra Ermənistan-Azərbaycan sərhədində və Dağlıq Qarabağda vəziyyət gərgin olaraq qalır.
“2021-ci ilin may ayından Azərbaycan silahlı qüvvələri Ermənistan sərhədlərinə daxil olub və Ermənistanın suveren ərazisində qeyri-qanuni mövcudluğunu hələ də qoruyub saxlayır və gücləndirməkdə davam edirlər. Azərbaycan öz təcavüzkar hərəkətləri ilə BMT Nizamnaməsi və Helsinki Yekun Aktının prinsiplərini kobud şəkildə pozur.
Azərbaycanın hərəkətləri bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı noyabrın 9-da qəbul edilmiş üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəlikləri pozur.Güc tətbiqinin təzahürlərindən biri də odur ki, Azərbaycan əsirləri saxlayaraq, mütəmadi şəkildə erməni hərbçiləri və mülki şəxsləri ələ keçirməyə cəhdlər edir”,-deyə nazir əlavə edib ki, noyabrın 16-da Ermənistan Respublikası ərazisinə hücum nəticəsində Azərbaycan silahlı qüvvələri növbəti dəfə erməni hərbçiləri əsir götürüb.
Mirzoyan vurğulayıb ki, Ermənistan danışıqlar yolu ilə Cənubi Qafqaz regionunda sabitliyə nail olmağa hazırdır.