Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin qeyd etdi ki, Avropa Birliyi həm Ermənistan, həm də Azərbaycanla əlaqə saxlayır.
“Ümid edirik ki, vəziyyətin inkişafına töhfə verə bilərik. Biz humanitar məsələlərin müzakirəsi üçün dekabrın 15-də Şərq Tərəfdaşlarının sammiti çərçivəsində növbəti görüşü gözləyirik”, - o bildirib.