Dekabrın 2-də Stokholmda işgüzar səfərdə olan ER xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb.
Həmsöhbətlər Ermənistan və ABŞ arasında siyasi dialoqun hazırkı səviyyəsini və inkişaf dinamikasını məmnunluqla qeyd ediblər.
Ararat Mirzoyan ABŞ-ın Erməni Soyqırımının tanınması məsələsində qətiyyətli mövqeyini yüksək qiymətləndirib.
Tərəflər həmçinin beynəlxalq və regional təhlükəsizlik və sabitliklə bağlı məsələləri müzakirə ediblər. Bu kontekstdə Ararat Mirzoyan Azərbaycan silahlı qüvvələrinin Ermənistan Respublikasının suveren ərazisinə son təcavüzü və bunun nəticəsində yaranmış vəziyyəti təqdim edib.
Görüşdə Dağlıq Qarabağ münaqişəsi ətraflı müzakirə olunub. Azərbaycanın Artsaxa qarşı başlatdığı 44 günlük müharibədən irəli gələn humanitar məsələlər kontekstində erməni hərbi əsirlərin, girovların və digər saxlanılanların vətənə qaytarılması vacib sayılıb.