Dekabrın 2-də KTMT-yə üzv dövlətlərin xarici işlər nazirlərinin görüşü keçirilib.
Bu haqda Ermənistan Xarici İşlər Nazirliyi məlumat yaydı.
Ararat Mirzoyan ATƏT çərçivəsində KTMT-yə üzv dövlətlər arasında əməkdaşlığın möhkəmləndirilməsinin zəruriliyini qeyd edib.
Nazir Mirzoyan həmkarlarına regional təhlükəsizliyin təmin edilməsi ilə bağlı son inkişafları təqdim edib. Bununla bağlı o, müttəfiqlərin regionda vəziyyətin deeskalasiyası üçün səy göstərməsinin vacibliyini vurğulayıb.