Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın türk lirəsinin devalvasiyası ilə bağlı növbəti müsahibəsindən sonra lirə yeni rekorda imza atıb. Bu barədə “Ermenihaber” yazdı.
Ərdoğan qeyd edib ki, onun hökuməti iqtisadiyyatın yeni modelini qəbul edib:
Ərdoğanın bu çıxışından sonra türk lirəsinin dollara nisbətdə məzənnəsi 13.30-dan 13.96-ya yüksələrək növbəti tarixi rekorda imza atıb.
Bu il lirə təxminən 40 faiz ucuzlaşıb.
Türkiyənin keçmiş baş naziri, müxalifətdə ”Gələcək” Partiyasının qurucusu Əhməd Davudoğlu sosial şəbəkələrdə prezident Ərdoğandan lirənin məzənnəsi barədə danışmamağı xahiş edib, çünki o ondan sonra türk valyutası daha da ucuzlaşır.