Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üzrə Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrləri, BMT-nin nümayəndəsi Cihan Sultanoğlu, ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Anika Syoder və Aİ nümayəndələri ilə onlayn görüş keçirib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, dekabrın 7-8-də keçiriləcək danışıqların növbəti mərhələsinə hazırlıq kontekstində tərəflər regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində birgə səylərin səmərəliliyinin artırılması yolları barədə fikir mübadiləsi aparıblar.