Dağlıq Qarabağda qan tökülməsinin dayandırılmasında, eləcə də Ermənistan və Azərbaycan arasında mübahisəli məsələlərin həllində Moskva əsas rol oynayıb.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirdi.
"Bir çox regional münaqişələrin həllin yönəlmiş səylər diqqət mərkəzimizdədir. Rusiyanın belə böhranların həllində konkret töhfəsi var.
Bunlar terrorçulara qarşı olan sylərimiz və Suriyada siyasi dialoqu inkişaf etdirmək səylərimiz, Dağlıq Qarabağda qan tökülməsinə son qoyulmasında, Ermənistan və Azərbaycan arasında mübahisəli məsələlərin həllində əsas rolumuzdur”,- deyə Lavrov qeyd etdi.