Dekabrın 1-də Azərbaycanda Polis Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş rəhbəri, 27 sutkadır aclıq edən Saleh Rüstəmlinin azad edilməsi tələbilə Bakının mərkəzində, Fəvvarələr Meydanında keçirilən dinc aksiyanın qarşısını sərt şəkildə alıb.
Təxminən 20-25 nəfər saxlanılıb. Saxlanılanlar arasında Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu, onun qızı Nigar Həzi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Dilarə Miriyeva və başqaları var.