Dekabrın 1-də ABŞ Dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Riqada görüşüb.
Görüş NATO ölkələri XİN başçılarının sammiti çərçivəsində baş tutub.
Görüşdə ABŞ-Türkiyə münasibətləri, eyni zamanda Efiopiya, Ukrayna, Suriya və Qafqazdakı vəziyyət müzakirə olunub.