Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Türkiyə tərəfinin Donbass problem ilə bağlı Ukrayna ilə Rusiya arasında vasitəçilik etmək təklifinə münasibət bildirdi.
O vurğuladı ki, Ukraynanın daxilində olan problemlə bağlı Türkiyənin vasitəçiliyindən söhbət gedə bilməz.
“Rusiya bu münaqişədə tərəf deyil. Bu, Kiyevin Donbassla olan problemidir. Biz Rusiyanı bu münaqişədə tərəf kimi göstərmək cəhdlərinə imkan verməyəcəyik. Ona görə də, burada Türkiyənin Ukrayna və Rusiya arasında vasitəçiliyindən söhbət gedə bilməz”,- Zaxarova deyib.