Noyabrın 30-da Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Moskvada İtaliyanın Rusiyadakı səfiri Corco Staraçe ilə görüşüb.
Bu barədə Rusiya XİN-dən məlumat verilib.
"Görüş zamanı noyabrın 26-da Soçidə keçirilmiş Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü kontekstində Cənubi Qafqazdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Hər iki tərəf regionun təhlükəsizliyinin və iqtisadi inkişafın təmin olunması məqsədilə Cənubi Qafqazda vəziyyətin sabitləşməsində maraqlı olduğunu bildirib", - deyə nazirliyin məlumatında deyilir.