Ermənistanda son sutkada daha 502 nəfərdə COVID-19 aşkarlanıb, 590 nəfər sağalıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 339 020-yə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 43 nəfər artaraq 7 610-a yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 447 nəfərdir. İndiyədək 317 765 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 12 198 aktiv koronavirus xəstəsi var.