BMT-nin Beynəlxalq Məhkəməsi dekabrın 7-də Ermənistanın Azərbaycana qarşı "İrqi ayrı-seçiliyin bütün formalarının ləğvi haqqında" Beynəlxalq Konvensiyanın pozulması haqqında iddiası üzrə qərar çıxaracaq. Bu barədə məhkəmənin saytında yer alan məlumatda deyilir.
Qeyd edək ki, Ermənistan sentyabrın 16-da Azərbaycana qarşı iddia qaldırıb. Oktyabrda BMT məhkəməsi Haaqada Ermənistanın Azərbaycana qarşı iddiası üzrə dinləmələr keçirib.