ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Vaşinqton ofisinin direktor müavini Aleksandr Sokolovski Armavir bölgəsinin Metsamor şəhərində Dağlıq Qarabağdan olan məcburi köçkünlərlə görüşüb.
Görüş zamanı Aleksandr Sokolovski didərgin düşmüş şəxslərin problemləri ilə tanış olub.
“Dağlıq Qarabağdan didərgin düşmüş şəxslərlə görüşmək həyəcanlı idi. Onların hekayələrini dinləmək, onlara suallar vermək və təcrübələrini daha yaxşı başa düşmək fürsətinə görə minnətdaram.Mən şadam ki, USAID çox çətin bir zamanda onlara dəstək ola bildi”,- deyə o qeyd etdi.