ER parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Madriddə İspaniya parlamentinin himayəsi altında keçirilən Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında iştirak edir.
ER parlamentinin sədri noyabrın 28-də keçirilən iclasda çıxış edib. O, konfransın gözəl təşkilinə və səmimi qonaqpərvərliyə görə ispaniyalı həmkarlarına təşəkkür edib. Parlamentin sədri qeyd edib ki, son illər Ermənistan və erməni xalqı bir çox daxili və xarici çağırışlarla üzləşib.
Alen Simonyan vurğulayıb ki, 2018-ci ilin məxməri inqilabından sonra Ermənistan hökuməti bir çox sahələrdə demokratik dəyərlər və prinsiplər lehinə genişmiqyaslı islahatlara başlayıb. O, Ermənistanda demokratiyaya alternativin olmadığını vurğulayıb. Parlament sədri sabitliyin pozulması təhlükəsini və regional münaqişələri demokratiyanın inkişafı üçün ciddi çağırışlardan biri hesab edib.
Azərbaycan tərəfinin başladığı və 44 gün davam edən Dağlıq Qarabağ müharibəsinə toxunan parlament sədri münaqişənin ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində uzunmüddətli həllinin tapılmasının zəruriliyini vurğulayıb.
Alen Simonyan Ermənistan Baş naziri ilə Azərbaycan prezidenti arasında Soçidə keçirilmiş görüşə toxunaraq, dürüst dialoqun zəruriliyinə diqqət çəkib. O qeyd edib ki, bu halda bütün məsələləri güc tətbiq etmədən həll etmək olar.