İranın Birinci Kanalında “Ermənistan - Avrasiya İqtisadi Birliyinin qapısı” sənədli filmi nümayiş etdiriləcək. Bu barədə “Parstoday” bildirdi.
Film seriyası müxtəlif hadisələrlə dolu Ermənistana səyahətdən bəhs edəcək. Proqram zamanı iki ölkənin mədəni oxşarlıqları və qonşuluğui təqdim olunacaq.
Qeyd olunur ki, proqramlar zamanı ekspertlərin, diplomatların iki ölkənin iqtisadi əməkdaşlığı, İran mallarının Ermənistan vasitəsilə Avrasiya İqtisadi Birliyi bazarına çıxarılması ilə bağlı yanaşmaları təqdim olunacaq.
Film seriyasının ilk proqramı noyabrın 23-də yayımlanıb.