ER XİN başçısı Ararat Mirzoyan və İran XİN başçısı Hüseynəmir Abdullahian arasında telefon danışığı olub.
Ermənistanın və İranın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər.
Nazir Mirzoyan iranlı həmkarına Azərbaycanın silahlı qüvvələrinin Ermənistanın suverenliyi və ərazi bütövlüyünə qarşı törətdiyi son təcavüz nəticəsində yaranmış vəziyyət barədə məlumat verib. O qeyd etdi ki, Azərbaycanın Ermənistana qarşı son təcavüzü regional təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün ciddi təhlükədir.
Ararat Mirzoyan Ermənistan ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığında İranın mövqeyini yüksək qiymətləndirdi.
İki plkınin XİN başçıları Ermənistan-İran əməkdaşlığına da toxunublar.
Tərəflər ticarət-iqtisadi, infrastruktur və enerji əlaqələrinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.