Noyabrın 25-də Sankt-Peterburqda ER Parlamentinin sədri Alen Simonyan və Parlamentin Dövlət və Hüquq Məsələləri Daimi Komitəsinin sədri Vladimir Vardanyan Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Komitəsinin Avropa Regional direktoru Bricit Ebesen ilə görüşüblər.
Görüşdə Artsaxda müharibədən sonrakı humanitar böhran və onun problemlərinin həllində təşkilatın rolu müzakirə olunub.
Alen Simonyan beynəlxalq təşkilatların Artsaxda birbaşa təmsilçiliyini vurğulayıb. Görüşdə Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Komitəsinin baş katibinin Ermənistana gözlənilən səfərinə də toxunulub.