Noyabrın 24-də Ermənistan xarici işlər naziri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı altında Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları yolu ilə hərtərəfli həllinə əhəmiyyət verilib.
Söhbət əsnasında Ararat Mirzoyan Azərbaycan silhalı qüvvələrinin Ermənistanın ərazi bütövlüyü və suverenliyinə qarşı son təcavüzü nəticəsində yaranmış vəziyyəti təqdim edib.
XİN başçısı regionda sabitliyin bərqərar edilməsinə yönəlmiş səylər kontekstində Ermənistan-Rusiya müttəfiqlik münasibətlərinin rolunu vurğuladı.
Ararat Mirzoyan və Sergey Lavrov həmçinin 9 noyabr 2020-ci il və 10 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlar çərçivəsində tərəflərin üzərinə götürdüyü öhdəliklərin icrası məsələsini də müzakirə ediblər.