İki günlük işgüzar səfər çərçivəsində ER Parlamentinin sədri Alen Simonyan Fransada “Ermənistan bir il sonra” adlı konfransda iştirak edib.
Alen Simonyan qeyd edib ki, bir il əvvəl Türkiyənin dəstəyi ilə Azərbaycanın Arstaxa qarşı başlatdığı 44 günlük müharibənin nəticələri dəhşətlidir, itkilər dönməzdir.
Parlamentin sədri vurğulayıb ki, Ermənistan və Artsaxın sülhsevər xalqı həm Azərbaycana, həm də Türkiyəyə və muzdlu terrorçulara qarşı döyüşməli olub.
Bu, təkcə Artsax ermənilərinin fundamental hüquqlarına, onların həyatına və fiziki təhlükəsizliyinə vəhşicəsinə hücum deyil, həm də diktatorların demokratiya yolu ilə gedən Ermənistan və Artsaxa qarşı hücumu idi.
Alen Simonyan çıxışında Fransa Senatına “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyi haqqında” qətnaməyə görə təşəkkür edib.
Alen Sİmonyan Fransanın ATƏT-in Minsk qrupunun həmsədrləri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlarda fəal iştirakını yüksək qiymətləndirib.