ABŞ Dövlət Departamenti Co Baydenin təşkil etdiyi “Demokratiya naminə” sammitində iştiraka dəvət olunan 110 ölkənin siyahısını dərc edib. Tədbir dekabrın 9-10-da baş tutacaq.
Macarıstan istisna olmaqla, Avropa Birliyinə üzv olan bütün dövlətlər dəvətlidir. NATO-nun ABŞ-ın müttəfiqi Türkiyə sammitə dəvət edilməyib. Keçmiş SSRİ ölkələrindən Ukrayna, Ermənistan, Gürcüstan, Moldova, Litva, Latviya və Estoniya da dəvət olunub.
Bayden həmçinin vətəndaş cəmiyyəti və özəl sektorun iştirakı ilə bir sıra tədbirlər keçirməyi planlaşdırır.