Almaniya Federativ Respublikasının Ermənistan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Viktor Rixter bu gün etimadnaməsini prezident Armen Sargsyana təqdim edib.
Prezident Sargsyan səfirə uğurlar arzulayıb, Ermənistan və Almaniyanın əməkdaşlıq üçün böyük potensiala və yaxşı perspektivlərə malik olduğunu qeyd edib.
Səfir ikitərəfli əməkdaşlığın bütün sahələrdə genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyinə əmin edib.