Noyabrın 23-də Ermənistanın müdafiə naziri Suren Papikyan Rusiya Federasiyasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkini və səfirliyin müdafiə üzrə attaşesi, polkovnik İgor Şerbakovu qəbul edib.
Sergey Kopirkin Suren Papikyanı müdafiə naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona məsul missiyasında uğurlar arzulayıb.
Görüş zamanı müdafiə sahəsində Ermənistan-Rusiya müttəfiq əməkdaşlığı, o cümlədən regional təhlükəsizliklə bağlı bir sıra məsələlər müzakirə olunub.