Ermənistanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 531 yoluxma qeydə alınıb,1438 nəfər sağalıb.
Məlumatı Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Ümumilikdə infeksiyaya yoluxanların sayı 334 878 nəfərə çatıb, 308 922 nəfər sağalıb. Ümumi olaraq 2 318 552 test aparılıb.