Azərbaycan və Pakistan gömrük tariflərinin azaldılması ilə iki ölkə arasında ticarəti artırmağa imkan verəcək preferensial ticarət sazişi üzərində işləyir. Bunu Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bildirib.
O, həmçinin deyib ki, Pakistan şirkətlərinin, o cümlədən əczaçılıq müəssisələrinin Azərbaycanda istehsalla məşğul olmaq üçün geniş imkanlar mövcuddur.
O, pakistanlı investorları Azərbaycanın bir çox digər şirkətləri ilə birgə müəssisələr yaratmağı təklif edib.