Ermənistan, Qazaxıstan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Rusiyanın ən son “Ka-52M” və “Mi-28 NE” hücum helikopterləri ilə maraqlanır. Bunu TASS-a müsahibəsində “Rostex” dövlət korporasiyasının “Rusiya Helikopterləri” holdinq şirkətinin baş direktoru Andrey Boqinski deyib.
“Mi-28 NE” hücum helikopterinin beynəlxalq premyerası BƏƏ-də Dubai Airshow 2021 sərgisində baş tutub.
“Mi-28 NE” helikopteri hava hədəflərini, tankları, zirehli texnikaları məhv etmək üçün nəzərdə tutulub, o, həmçinin kəşfiyyat və patrul üçün də istifadə oluna bilər.