“Human Rights Watch” beynəlxalq hüquq müdafiə təşkilatının Avropa və Mərkəzi Asiya şöbəsinin direktoru Giorgi Gogia öz “Twitter” mikrobloqunda noyabrın 16-da ER ərazisinə daxil olma cəhdi zamanı erməni hərbçilərin Azərbaycan tərəfindən əsir götürülməsinə toxunub.
"16 noyabr döyüşlərindən sonra Azərbaycan azı 13 erməni hərbçisini əsir götürüb. Sosial şəbəkələrdə yayılan çoxsaylı videolarda Azərbaycan qüvvələrinin əsirlərlə davranışı göstərilir. Hərbi əsirlərə qarşı zorakılıq müharibə cinayətidir”,- yazıda deyilir.
Beynəlxalq hüquq müdafiəçisi xatırladıb ki, “Cenevrə Konvensiyasına əsasən, hərbi əsirlərə hərbi əsir statusu verilməlidir, onlar hərbi əməliyyatlardan sonra geri qaytarılmalıdır”.
O, həmçinin Azərbaycandan əsirlərə işgəncə verilməsi və alçaldılması qadağasına hörmətlə yanaşmağı tələb edib.