Ermənistanda daha 870 nəfərdə koronavirus aşkarlanıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Məlumata görə, Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 333 583 nəfərə yüksəlib.
Bildirilib ki, son sutkada ölkədə koronavirusdan 41 nəfər ölüb. Bununla da ölənlərin sayı 7 253-ə çatıb.