Bolqarıstanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb.
2021-ci il noyabrın 14-də Bolqarıstanda Prezident və parlament seçkiləri keçirilib. Bolqarıstan iddia edir ki, Türkiyə bu siyasi kampaniyanın gedişinə müdaxilə edib. Bu məqsədlə Türkiyənin Sofiyadakı səfiri Bolqarıstanın Xarici İşlər Nazirliyinə çağırılıb. Buna cavab olaraq Bolqarıstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb.