“Gürcüstan “3+3” əməkdaşlıq təşəbbüsünə Cənubi Qafqazın üç ölkəsinin cəlb olunacağı alternativ format təklif edir”.
Bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani parlamentdə çıxışında deyib.
D.Zalkaliani bildirib ki, Cənubi Qafqazın gələcəyi həll olunmalıdır: “Biz bölgə ölkələri ilə konkret iqtisadi, logistika, nəqliyyat layihələri, tranzit, turizm, insanlar arasında münasibətlərlə bağlı müzakirələr aparmaq istəyirik. Geosiyasi məqsəd güdən hipotetik layihələri isə müzakirə etmək istəmirik. Mövqeyimiz çox aydındır və əlavə əsaslandırmalar tələb edir”.
O qeyd edib ki, “3+3” formatı ilə bağlı Gürcüstanın mövqeyi kifayət qədər aydındır: “Ərazilərimizi işğalda saxlayan ölkənin olduğu geosiyasi layihədə iştirak edə bilmərik. Bu mövqeyimi türkiyəli, azərbaycanlı və erməni həmkarlamrımla görüşlərdə açıq şəkildə ifadə etmişəm”.