Yerevanda Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının genişləndirilmiş iclası başlayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan üzv dövlətlərin hökumət başçılarını salamlayıb və Ermənistandakı vəziyyətə toxunaraq bildirib ki, iclas Ermənistan üçün gərgin bir şəraitdə keçirilir.
“Bir il əvvəl Hökumətlərarası Şuranın iclasına ev sahibliyi etdiyimizdə olduğu kimi, bu gün də Ermənistan öz təhlükəsizliyinə təhdid edən ciddi problemlərlə üzləşir. Regionumuz gərginliyin yeni mərhələsinə girdi və bu, təəssüf ki, növbəti insan itkilərinə səbəb oldu. Azərbaycan buna görə məsuliyyət daşıyır. Bu ölkənin hərbi təxribatları ölkəmizin ərazi bütövlüyünü pozur və 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarla əldə edilmiş razılaşmalarına ziddir”,-Paşinyan bildirdi.