Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2233 yeni yoluxma faktı qeydə alınıb, 2401 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 570322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 533175 nəfər müalicə olunaraq sağalıb, 7579 nəfər ölüb, aktiv xəstə sayı 29568 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12925, ötən müddət ərzində isə ümumilikdə 5418169 test aparılıb.