Noyabrın 19-da Birinci Qarabağ Müharibəsi veteranlarından ibarət qrup Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında toplaşıb. Azərbaycan mediasında yayılan məlumatlara görə, onlar artıq neçə aydır ki, əlilliyə görə pensiyaların verilməməsinə etiraz ediblər.
Aksiyaya digər şəxslər də qoşulublar, onlar əlilliyə görə pensiyadan məhrum olduqlarını bildiriblər.
Polis aksiyanın qarşısını alıb. Bəzi iştirakçılar polis maşınlarına oturdularaq ərazidən çıxarılıb.
Bu il Azərbaycan hakimiyyəti əlilliyin verilməsi qaydalarına yenidən baxıb, bu səbəbdən fiziki imkanları məhdud şəxslərin bir hissəsi müavinətdən məhrum olub.