Noyabrın 18-də ER xarici işlər naziri Ararat Mirzoyanla Yunanıstanın xarici işlər naziri Nikos Dendias arasında telefon danışığı olub. Ararat Mirzoyan Nikos Dendiasa Azərbaycan silahlı qüvvələrinin bölmələrinin Ermənistan Respublikasının suveren ərazisinə qarşı başlatdığı hərbi əməliyyatlar nəticəsində yaranmış vəziyyət barədə məlumat verib.
Ararat Mirzoyan vurğuladı ki, Azərbaycanın növbəti təcavüzündən əvvəl Azərbaycan hakimiyyəti tərəfindən aylarla Ermənistanın ərazi bütövlüyünə qarşı təhdidlər, güc tətbiq etmək hədələri, o cümlədən güc yolu ilə “dəhlizin açılması” ilə bağlı qeyri-qanuni bəyanatlar, ermənilərə qarşı nifrət və müharibə ruhlu ilə dolğun ritorika olub.
Trəfələr regional təhlükəsizliyə dair qarşılıqlı maraq doğuran bir sıra məsələləri, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesi ətrafında fikir mübadiləsi aparıblar.