Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə ediblər.
TASS xəbər verir ki, Linde Azərbaycanla Ermənistan arasında gərginləşən münasibətlərin həlli istiqamətində Rusiyanın rolunu vurğulayıb.
“Biz Rusiyanın sabitliyə nail olmaq səylərini alqışlayırıq”, - deyə o bildirib.
ATƏT sədri və Rusiyanın XİN başçısı regional münaqişələrin, məsələn, Ermənistan və Azərbaycan arasındakı münaqişənin istiqamətində birlikdə işləmək lazım olduğu barədə fikir mübadiləsi aparıblar.